XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 07:39

Milli Məclisin növbəti iclası Şuşanın işğalı günü keçiriləcək

milli-meclis.jpg

Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının tarixi məlum olub.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu “Report”a açıqlamasında bildirb ki, növbəti iclas mayın 8-də keçiriləcək.

Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib: “Gündəliyə “Reklam haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, “Vətəndaşların müraciəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib”.