XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2019 - 15:24

Londonda nəşr olunun kitabda azərbaycanlı professordan dabəhs olunur

Londonun məşhur “Wiley” nəşriyyatında 2018-ci ilin dekabr ayında britaniyalı iqtisadçı, beynəlxalq münasibətlər və neyroelm üzrə mütəxəssis, qlobal jurnalist və İslam incəsənəti üzrə dünyanın ən böyük sənət muzey kolleksiyası olan məşhur Khalili Collections`in (Xəlili Kolleksiyalarının) bədii rəhbəri Waqās Ahmedin “The Polymath. Unlocking the Power of Human Versatility” (“Çoxbilgin. İnsan hərtərəfliliyinin gücünü üzə çıxarmaq”) kitabı işıq üzü görüb.

Kitab çoxbilginlik fenomeninə həsr olunub. Çoxbilginin qısa təsviri belədir: “Bir-biri ilə bağlı olmayan çox müxtəlif sahələrdə yaradıcı fəaliyyət göstərən çoxyönlü insan”.

Kitab tarix boyu mövcud olmuş çoxbilginlər haqqında məlumat verməklə yanaşı, çoxbilginliyin nəzəri əsaslarını verib.

Çoxbilginlik fenomeni elm adamları, filosof və psixoloqlar tərəfindən müzakirə olunub maraqlı tədqiqat mövzusu olsa da, bu kitab çoxbilginlik haqqında ilk monoqrafik əsərdir.

Bu kitabda çağdaş dövrün, 20-21-ci əsrlərin azsaylı məşhur çoxbilginləri sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da təqdim olunub. Kitabda Hamlet İsaxanlının çoxbilgin kimi fəaliyyəti ayrıca təhlil olunub, onun əsər və fikirlərindən çoxsaylı alıntılar edilib.

Digər tərəfdən, beynəlxalq “Stackexchange” saytı da professor Hamlet İsaxanlının adını 20-ci əsrdə dünyanın məşhur “Çoxbilgin”ləri (“Polymath”) sırasına daxil edərək onu qısaca belə təqdim edib: “Hamlet İsaxanlı, 1948-ci ildə doğulub, riyaziyyat-fizika elmləri üzrə professor, riyaziyyatçı, şair, sosial elmlər, təhsil, ədəbiyyat və mədəniyyət tarixi üzrə mütəxəssis-alim, universitet təsisçisi, müxtəlif təşkilatların təsisçisi və həmtəsisçisi, sərbəst təşəbbüs sahibi, yazıçı, tərcüməçidir).

Qeyd edək ki, “Stack Exchange” elm tarixi və riyaziyyat sahəsində çox aktiv müzakirələrin aparıldığı, çox məşhurların da yazdığı, fəal iştirak etdiyi bir saytdır.