XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2019 - 16:01

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərinin yaxın zamanda görüşmək qərarını alqışlayırlar- Bəyanat

ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.

Trend-in ATƏT-in saytına istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydığı bəyanatında deyilir.

Həmsədrlərin bəyanatında həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.