XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2019 - 17:06

Azərbaycandan gedənlər daha çox hara üz tutur?- Statistika

Son illərdə daimi yaşamaq üçün Azərbaycana gələnlər arasında Rusiyadan gələnlər üstünlük təşkil edir.

Lent.az xəbər verir ki, son açıqlanan statistikaya görə, 2017-ci ildə Rusiyadan daimi yaşamaq üçün Azərbaycana 988 nəfər gəlib.

Daha sonraki yerdə 830 nəfərlə Gürcüstan gəlir.

Qeyd olunaan ildə Türkiyədən ölkəmizdə daimi yaşamaq üçün gələnlərin sayı 288, Qazaxıstandan gələnlərin sayı 157, Özbəkistandan gələnlərin sayı isə 136 nəfər olub.

Daha az insanın gəlməsinə görə siyahıya düşənlər arasında isə ABŞ, Almaniya, Belarusiya, Estoniya kimi ölkələr yer alıb ki, həmin ölkələrdən gələnlərin sayı 1-15 rəqəmləri arasında dəyişib.

Azərbaycana yaşamaq üçün daha çox MDB ölkələrindən (1642) gələnlər olub.

Ümumilikdə 215-ci ildə Azərbaycana daimi yaşamaq üçün 2649, 2016-cı ildə 3233, 2017-ci ildə isə 3073 miqrant gəlib.

Azərbaycandan daimi yaşamaq üçün başqa ölkələrə üz tutanların sayı 2015-ci ildə 1557, 2016-cı ildə 1711, 2017-ci ildə isə 1901 nəfər olub.

Ölkədən daimi yaşamaq üçün gedənlərin üz tutğu ölkə isə yenə Rusiya (920 nəfər) olub.

Qazaxıstana gedənlər 920, Ukraynaya 102, Türkiyəyə 101, Belarusa gedənlərin sayı isə 68 nəfər olub.

Azərbaycandan daimi yaşamaq üçün gedənlər daha çox MDB (1664 nəfər) ölkələrinə üz tutub.

Estoniya, Qırğızıstan, İsrail kimi ölkələrə gedənlər isə 1-8 nəfər arasında dəyişib.