XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2019 - 18:50

UEFA “Atletiko”nu 38, “Yuventus”u 30 min avro cərimələyib- Səbəb

UEFA-nın İntizam Komitəsi “Atletiko” və “Yuventus”u madridlilərin xeyrinə (2:0) başa çatan Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk matçından sonra cərimələməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumu “Atletiko”nu fanatlarının meydana xarici əşyalar atdığına və stadionun girişini bağladığına görə 38 min avro cərimə edib. “Yuventus” isə ikinci hissəyə gecikdiyi üçün 30 min avro cərimələnib.