XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 11:29

Müdafiə Nazirliyi:"Ümumordu iməciliyi keçiriləcək"

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində martın 16-da ümumordu iməciliyi təşkil olunacaq.
Nazirlikdən verilən məlumata görə, ərazilərdə təmizik işlərinin görülməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, həmçinin yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.