XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 00:04

Efiopiyada matəm günü elan edildi –Təyyarə qəzası ilə bağlı

Efiopiya hakimiyyəti “Ethiopian Airlines”aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsində çoxsaylı insan tələfatı ilə bağlı martın 11-i matəm günü elan olunub.

Bu barədə ölkənin baş naziri Abiya Əhmədin ofisi bildirib.

“Twitter”də yayılmış xəbərdə qeyd edilir ki, təyyarədə ayrı-ayrı ölkələrin vətəndaşlarının həlak olması ilə bağlı sabah milli matəm günüdür.

Qeyd edək ki, “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737” sərnşin təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Onlar 35 ölkənin vətəndaşlarıdır/Report.