XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 17:34

“Xəbəri kədər hissi ilə qarşıladım…” –Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

“Efiopiya hava yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.