XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 15:23

Azərbaycan Ordusunun reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar –VİDEO

Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, təlimlərin niyyətinə uyğun olaraq, ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.