XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 March 2019 - 17:42

Mehriban Əliyeva Fransanın sabiq prezidenti ilə görüşdü –Müzakirə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub.

Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.