XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 18:34

Prezident İlham Əliyev Roma Papasına məktub ünvanladı –Mətn

Prezident İlham Əliyev Roma Papası Fransiskiyə təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin məktubun mətnini təqdim edir:

“Zati-müqəddəsləri,

Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm”.