XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 12:48

“Bakı 2015″in biletləri satışda! – Ünvanlar

Bakı 2015 Avropa Oyunları üçün onlayn bilet satışı başlayıb.

Strateq.az xəbər verir ki, onlayn bilet satışı üçün qeydiyyat 4 Mart 2015-ci il tarixindən etibarən başlayıb.

Məlumata görə, 20 Mart 2015-ci ildən etibarən, bütün qeydiyyatdan keçmiş tamaşaçılar bilet alışını yalnız eyni hesab vasitəsilə həyata keçirə bilərlər.

Qeydiyyat üçün tələb olunanlar bunlardır:

Azərbaycan tamaşaçıları: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı ŞV, əlaqə vasitələri

Beynəlxalq (əcnəbi) tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı səyahət sənədləri (pasport), əlaqə vasitələri.

– Səfər sənədlərinə aid təfsilatlar nə üçün lazımdır?

– Bakı 2015 Avropa Oyunları üçün sadələşdirilmiş viza proseduru bütün əcnəbi tamaşaçılar üçün tətbiq olunacaq. 2 İyun 2015-ci ildən etibarən, əcnəbi tamaşaçılar Azərbaycan beynəlxalq hava limanlarına daxil olduqları zaman səfərə aid sənədlərini və bilet alışının təsdiqi formasını göstərməklə 30 günlük birdəfəlik viza ilə təmin olunacaqlar.

Səfər edən qrupdakı bütün bilet sahiblərinə aid olan məlumat bu sənəddə qeyd olunmalıdır.

Qeyd edək ki, onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə alınmalıdır. Rahatlığınız və növbədə durmamağınız üçün biletlərinizi tədbirdən öncə almanızı təkidlə tövsiyə edirik.

Biletlərinizi 3 Aprel 2015-ci ildən etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən, 12 İyunda isə Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün bilet satışı məntəqələrinin siyahısı tezliklə Bilet Satışı veb səhifəsində dərc ediləcək.

İctimaiyyətə Bakı 2015 Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600,000 bilet satışı nəzərdə tutulur.

Bakı 2015 Rəsmi Bilet Satışı Məntəqələri

Şəhət/Ticarət Mərkəzləri Satış Məntəqələri:

Metro Park Ticarət Mərkəzi – Bakı, Nərimanov qəs., Təbriz küç. 106 A
28 Mall Ticarət Mərkəzi – Bakı, Nəsimi qəs. Azadlıq pros. və Fizuli küç. kəsişməsi
Park Bulvar Ticarət Mərkəzi – Bakı, Neftçilər pro.
Tofiq Bəhramov adına Respublika Stadionu – Bakı, F.Xoyski pros. 98 А
McDonald`s restoranları:

Əhmədli – Bakı, M.Hadi və çapayev 2322
Neftçilər – Bakı, Q.Qarayev pros. 59
Fəvvarələr Meydanı – Bakı, Nizami küç. 340
UR Style Satış Məntəqələri:

Heydər Əliyev Sarayı – Baku, Bülbül pros. 35
Azərbaycan kinoteatrı – Bakı, Ə.Əlizadə küç. 7
Nizami küç. və Bülbül pros. kəsişməsi
Azadlıq Meydanı – Bakı, üzeyir Hacıbəyov küç. 69
Asan Xidmət – Abbas Mirzə Şərifzadə, 157