XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 10:12

Polis Akademiyasında konfrans keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətndən verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib, əklil qoyublar.

Böyük vətən müharibəsindən bəhs edən sənədli filmin nümayişindən sonra konfransı açıq elan edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu bildirib.

Daha sonra ikinci cahan savaşının iştirakçısı, daxili işlər orqanlarının veteranı Mehdi Mehdiyev döyüş və həyat yolu barədə xatirələrini iştirakçılarla bölüşüb.

Polis Akademiyasının İctimai elmlər kafedrasının müəllimləri Rəşad Qasımov və Rəhim Məcnunov “Azərbaycan daxili işlər orqanları ikinci dünya və 1941-1945-ci illər müharibəsində”, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Yalçın Qarayev isə “Xalqın şərəf tarixi” mövzularında çıxışlar ediblər.