XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 16:31

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir- Novruz bayramı ilə əlaqədar

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə “Report”a Kompleksdən bildirilib.

Məlumata görə, bu müddətdə sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

Səfər biletlərini reysin reallaşdırılmasına 10 gün qalmışdan avtovağzalın və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126a ünvanında yerləşən turizm şirkətinin kassalarından, eləcə də onlayn rejimdə avtovağzal.az saytından əldə etmək mümkündür.