XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2019 - 10:23

Sabah deputatlar toplanacaq –Novruz Məmmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək

Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Strateq.az “Report”a istinadən xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ – Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.