XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2019 - 11:32

Daha bir icra başçısı “açıq mikrofon”la qəbul keçirib –FOTO

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 3-cü mikrorayon, Rəşid Məmmədov küçəsi 23 ünvanda sakinlərin müraciətlərini dinləyib.

Mikrorayonda, o cümlədən Hüseynbala Əliyev küçəsi, Alı Mustafayev küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Açıq mikrofon”la müraciətlərini ediblər.

Sakinlərdən Həmzəyev Həmzə, Bəkirova Səlimə, Babayeva Ləman, Babayeva Amalya, Bünyadov Mübariz, İsmayılova Rəsmiyə, Səmədova Dilarə, Mahmudov İbrahim və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsinə götürülmə, mənzilin sənədləşdirilməsi, həyətlərin abadlaşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürüblər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sakinlər qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediliblər.  (Qafqazinfo)