XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2019 - 14:54

Albaniya Prezidenti:"Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir"

“Azərbaycan əməkdaşlıqla bağlı fikirləri irəli aparmaq üçün mühüm meydandır”.

Bunu Albaniya Prezidenti İlir Meta jurnalistlərə bildirib.

“Azərbaycan regional əməkdaşlığa mühüm töhfələr verir. Azərbaycanın həyata keçirdiyi enerji layihələrini xüsusi qeyd etmək olar. Bunlar ölkələrimiz arasındakı təmasların artmasına səbəb olur, Avropanın enerji təhlükəsizliyini təmin edir”, – dövlət başçısı deyib.

O, Bakı Qlobal Forumunun əhəmiyyətindən söz açaraq, bunun dünyanın müxtəlif problem və təhdidlərini müzakirə etmək üçün gözəl meydan olduğunu vurğulayıb. (Report)