XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2016 - 11:18

Bizim gənclərin işə düzəlməyi kimlərisə narahat edir

İnam Kərimov ASAN-ın saytının hakerlərin hücumuna məruz qalması barədə xəbərlərə münasibət bildirib

 

Dövlət Agentliyinin sədri: "asankadr.az saytının uğuru bəzi şəxsləri narahat edir"

 

"Asankadr.az saytının uğuru xaricdə, hətta daxildə olan bəzi şəxsləri narahat edir. Bizim gənclərin işə düzəlməyi kimlərisə narahat edir. Əlbəttə, saytlara haker hücumları  davamlı olur. Amma hücumlar nəticəsində heç bir saytın fəaliyyəti dayandırılmayıb. Çünki saytlar güclü müdafiə olunur".

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Asan Xidmətə məxsus asankadr.az saytına erməni hakerlərinin hücum etdiyi və quruma iş üçün CV göndərmiş şəxslərin elektron ünvanlarının erməni hakerlərinin əlinə keçməsi haqda yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, Azərbaycanda "ASAN xidmət" könüllülərinin fəaliyyəti geniş vüsət alıb:

 

"Könüllülərin işə düzəlməyini asanlaşdıran, gənclərə dəstək olaraq fəaliyyət göstərən asankadr.az saytı onların özlərinin təşəbbüskarlığı ilə yaradılıb və hazırda fəaliyyətini normal qaydada davam etdirir".