XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 12:19

Sabiq baş prokurorun villasını viran qoydular- FOTO

Sabiq baş prokurorun villasını viran qoydular

 

Ukraynanın sabiq baş prokuroru Viktor Pşonkanın villası indi viran qalıb.

 

Daily Mail bildirir ki, iki il əvvəl Ukraynadakı Maydan olaylarından sonra Pşonka vəzifəsindən kənarlaşdırılmış, ölkədən qaçaraq Rusiyaya yollanmışdı.

 

Sabiq baş prokurorun Suxoluçyedə yerləşən superlüks, sarayı xatırladan villası qarət olunub. Bu villanı əvvəllər "Vostok" alayının əsgərləri qoruyurdular. Lakin əsgərlər Ukraynanın şərqinə, separatçılarla döyüşlərə yollanandan sonra villa nəzarətsiz qalıb.

 

Pşonkanın on milyonlarla dollar dəyərində olan cah-cəlallı villasından qalan indi divarlar, bir də cırıq divar kağızlarıdır.