XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

16 Mart 2019 - 18:18

Müdafiə nazirinin sabiq müavini əfv edilib

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında həbsdə olan müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.

“Report”un xəbərinə görə, sərəncamla Səlimov Mehman Əmirxan oğlu əfv edilib.

Xatırladaq ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.