XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 13:02

General Aydın Əliyevqəbul vaxtını dəyişdi

 

aydin-eliyev

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Cəlilabad şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək martın 30-dan martın 4-nə keçirilib.

 

Komitədən verilən məlumata görə, A.Əliyev martın 4-ü saat 11:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı bölgədə yerləşən rayonların – Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 3-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.