XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2019 - 10:49

Bakının bir hissəsində niyə qaz yoxdur? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Bakının Sabunçu, Nizami və Xətai rayonlarının təbii qazla təchizatında yaranmış fasiləyə aydınlıq gətirib.
EkoNews xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev bildirib ki, bu gecə saat 01:00 radələrindən Qaradağ-Digah magsitral qaz kəmərində qəza baş verib.
“Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarından yekunlaşıb, amma təhlükəsizlik baxımından “mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, – deyə o, qeyd edib. (Report.az)