Dövlət Gömrük Komitəsi (DGK) Növruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Strateq.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.
Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.