XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2019 - 16:20

Bayram günlərində hava necə olacaq? –PROQNOZ

“Martın 21-dən başlayaraq Azərbaycan ərazisində havanın temperaturu yüksələcək”.

Bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək: “Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir”.

U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında mülayim yaz havası müşahidə ediləcək: “Hava yağmursuz keçəcək. Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq”.