İki vətəndaş Dövlət Komitəsinə qarşı 3 milyon manatlıq iddia qaldırıb
Azərbaycanda iki vətəndaş Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) məhkəməyə verib.
Xural.com report.az-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kələntərli Azər Aydın oğlu və Həbibov Elman Kazım oğlu 2 milyon 997 min 200 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürüb.
İddia ərizəsində üçüncü şəxs qismində Azərbaycan Maliyyə Nazirliyi göstərilib.
Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan A.Kələntərli, Maliyyə Nazirliyi və ƏMDK apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.