XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

19 Mart 2019 - 11:49

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir –YENİLƏNƏCƏK

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəlib. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.

Bayram şənliyi davam edir.