XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

19 Mart 2019 - 18:48

Gürcüstan parlamenti qanun layihəsinin müzakirəsini dayandırıb –Səbəb

Gürcüstan parlamenti “Həqiqi hərbi xidmət haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsini dayandırıb.

Bu barədə qanunverici orqanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri, layihənin müəllifi İrakli Sesiaşvili bildirib.

Onun sözlərinə görə, qanun layihəsi geri götürülməyəcək, sadəcə, müzakirəsi müvəqqəti təxirə salınıb.

Deputat vurğulayıb ki, qanun layihəsi ilə bağlı müzakirə və məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, qanuna təklif olunan dəyişikliklərdə yalnız pravoslav din xadimlərinin həqiqi hərbi xidmətdən azad olunması nəzərdə tutulub. Sənədə əsasən, digər dinə qulluq edən şəxslərin hərbi xidmətdən azad olunması hüququ olmayacaq.

Qanun layihəsini Gürcüstan Müsəlmanları İdarəsi və digər dini icmalar ciddi narazılıqla qarşılayıb.  (Report)