Cari ilin yanvar-fevral aylarında ölkədən 79 min 114 ton meyvə-tərəvəz ixrac olunub.
Azərtac Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 75 milyon 972 min ABŞ dolları olub.
Xatırladaq ki, yanvarda Azərbaycana dəyəri 58 milyon 418 min dollar olmaqla 57 min 273 ton meyvə-tərəvəz ixrac edilib. Eyni zamanda, bu ilin ilk iki ayında 70 min 70 ton meyvə-tərəvəz idxal olunub. İdxal edilən meyvə-tərəvəzin dəyəri 36 milyon 359 min dollar təşkil edib.