XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

20 Mart 2019 - 12:41

Azərbaycanın müdafiə naziri Pakistana gedəcək- Rəsmi səfər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.