XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2019 - 21:52

Gürcüstanda avtomobildə azərbaycanlı gəncin meyiti tapılıb- Cinayət işi açılıb

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində “Mercedes” markalı avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.

Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.

Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıb.