XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2016 - 16:55

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına töhmət verilib

Foto: Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına töhmət verilib / Mədəniyyət

 

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin bir neçə əməkdaşına töhmət verilib.

 

Xural.com trend.az-a istinadən xəbər verir ki,  ilin əvvəlindən başlayaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədilə bağlı yoxlamalar aparılıb.

 

Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq, Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Əhmədov İkram Gülağa oğluna yazılı xəbərdarlıq elan edilib.

 

Həmçinin Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Ramazanova Leyla Nurəddin qızına, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğluna və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Rzayev Məmməd Rza oğluna töhmət verilib.