XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 17:05

Hacıqabulda xəsarət alanların adları açıqlanıb

qeza

 

Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportage” markalı, 90-LP-010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb. 
 


Apa.az-ın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. 

 

Xəsarət alan şəxslərin adları açıqlanıb.

 

Qəza nəticəsində Bakı şəhər sakinləri – 1986 Yusifova Ayxan Xəyal qızı, bacısı 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu,  onların qohumlar – 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.   

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.