XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

22 Mart 2019 - 14:33

Azərbaycanın su ehtiyatlarının həcmi açıqlanıb- Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları, eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30,0 km3 təşkil edir. Bunun da yalnız üçdə biri yerli sularımızdır.

Bu barədə ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur.

“Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Azərbaycanın su ehtiyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12,0 km3-dən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsulları əsasən suvarılan sahələrdə yetişdiyindən götürülən suyun üçdə ikisi suvarmada istifadə olunur”, – nazirliyin məlumatında qeyd olunub.