XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 12:38

Müdafiə naziri hərbi hissələrdə tikinti işlərini yoxlayıb- FOTOLAR

MN tik.jpg


Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə maraqlanıb.

Strateq.az MN rəsmi saytına istinadən bildirir ki, Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş ailəli hərbi qulluqçular üçün inşa edilən mənzillərə baxış keçiriblər.
Sonra inşası davam etdirilən müasir tipli qərargah binası, əsgər yeməkxanası, kazarma, subay hərbiçilər üçün yataqxana kompleksi, qazanxana-camaşırxana və digər inzibati obyektlərdə olan Müdafiə naziri işlərin qısa müddətdə sona çatdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

mn tik02.jpg

mn tik04.jpg

mntik03.jpg