XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2019 - 18:07

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub- FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 22-də bu ölkənin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.