XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

27 Fevral 2016 - 17:33

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdi

техосмотр

 

 

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişikliklər edib. 

 

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu Əsasnamə Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət orqanları tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir. 

 

İndiyə qədər hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə, həmçinin hüquqi və fiziki şəxslərin traktorlara, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki baxış keçirilib. 

 

Dəyişikliyə əsasən bundan sonra tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin traktorlar istisna olmaqla, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, texnoloji nəqliyyat vasitələrinə, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki baxış keçiriləcək.