XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2019 - 11:14

Gəncə-Bakı reysinə dəyişiklik:əlavə sərnişin qatarı ayrılır

“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.