XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2019 - 11:57

“WhatsApp”da yeni funksiyalar olacaq- Detallar

“WhatsApp” istehsalçıları ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər.

Trend-in məlumatına görə, funksiya “yönləndirmə haqqında məlumat” adlanır.

Bu funksiya ilə istifadəçi alınan ismarıcın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.

Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarıclar xüsusi simvolla qeyd olunacaq.

İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarıcları müəyyən etmək üçün əlavə ediblər.