XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2019 - 12:41

Milli Məclisin deputatları ABŞ-a gedir- ABŞ Konqresində görüşlər keçirəcəklər

parlament-5.jpgMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə səfər edəcəklər.

Bu barədə ONA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, deputatlarımız ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.