XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

23 Mart 2019 - 13:02

Biləcərinin bu küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb- Dövlət Agentliyi

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.

Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılan işlərə anlayışla yanaşmalarını xahiş edilir.