XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

23 Mart 2019 - 14:25

Paytaxtda Novruz şənlikləri davam edir- Ünvanlar

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə Bakı şəhərində təşkil olunun müxtəlif kütləvı tədbirlər və konsert proqramları davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərçivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı, rayonların mədəniyyət ocaqlarının bədii kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış edib, pəhləvanlar öz məharətlərini göstəriblər.

Bayram tədbirləri həmçinin paytaxtın dıgər məhəllələrində də keçiriləcəkdir.