XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2019 - 22:43

AVRO-2020:II tur start götürür

Sabah AVRO-2020-nin seçmə mərhələsində II tura start veriləcək.

ONA-nın məlumatına görə, dörd qrupda 10 qarşılaşma keçiriləcək.

Azərbaycan millisinin mübarizə apardığı E qrupunda iki oyun baş tutacaq. Yığmamızın istirahət etdiyi turda Macarıstan Xorvatiya ilə, Slovakiya Uelslə üz-üzə gələcək.

Günün matçı C qrupunda keçiriləcək. Almaniya və Hollandiya milliləri Amsterdamda qarşılaşacaq. Qrupun digər görüşündə Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

G qrupunun Polşa – Latviya oyununu azərbaycanlı hakimlər idarə edəcək. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Qrupun digər görüşlərində İsrail Avstriya ilə, Makedoniya isə Sloveniya ilə qarşılaşacaq.

İ qrupunda seçmə mərhələyə qələbə ilə başlayan Kiprlə Belçika Nikosiyada münasibətlərini aydınlaşdıracaq. İlk turda darmadağında üzləşən San-Marino ilə Şotlandiya isə “cırtdanlar”ın meydanında görüşəcək. Qazaxıstan isə Rusiyanı qəbul edəcək.

Qeyd edək ki, II turun digər oyunları martın 25-26-da keçiriləcək.