XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

25 Mart 2019 - 09:41

Erməni silahlıları atəşkəs rejimini pozub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Nazirlikdən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.