XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2019 - 17:15

Ukrayna polisi:"Bu silahlardan imtina edəcəyik"

Ukrayna polisi Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomatlardan və “Makarov” tipli tapançalardan imtina edəcək.

Bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.

Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək: “Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.

S.Knyazev əlavə edib ki, Ukrayna polisi Almaniya istehsalı olan “MP-5” tapança-pulemyot almaq istəyir. (Report)