XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Mart 2019 - 11:00

İranda iki şəhərin boşaldılmasına göstəriş verildi –Səbəb

İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.

Bunu İranın Gülüstan vilayətinin valisi Mirməhəmməd Qəravi deyib.

M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.

Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

Hazırda Gülüstan vilayətinin su altında qalan Ağqala şəhərindən suları boşaltmaq istiqamətində işlər davam etdirilir.

İranın Gümüşan vilayətinin eyniadlı şəhərinin 19 191 nəfər, Siminşəhr şəhərinin isə 17 205 nəfər əhalisi var.

Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.  (Trend)