XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

26 Mart 2019 - 12:09

Səhiyyə Nazirliyi “Diqlas”dakı yanğınla bağlı məlumat yaydı:“Xəsarət alan olmayıb”

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşına təcili tibbi yardım göstərilib.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib. O qeyd edib ki, nazirliyin 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: “Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.