XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

26 Mart 2019 - 23:33

AVRO-2020:Milliləşdirilən futbolçuya görə texniki məğlubiyyət verilə bilər

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Ukrayna – Portuqaliya (1:1) və Lüksemburq – Ukrayna (1:2) oyunlarının nəticələri ləğv edilə bilər.

ONA-nın məlumatına görə, iki turdan sonra 4 xalla liderlik edən ukraynalılar texniki məğlubiyyətlər almaq təhlükəsi ilə üzləşib.

Belə ehtimalın yaranmasına Lüksemburq Futbol Federasiyasının UEFA-ya şikayət səbəb olub. Son illərdə futbolu ciddi şəkildə inkişaf edən “cırtdan ölkə” rəqibin heyətində Junior Moraesin oynamasından narazıdır.

Federasiya prezidenti Pol Filipp braziliyalı hücumçunun milliləşdirilməsinin qanunsuz olduğunu və bu səbəbdən də nəticənin ləğvi üçün mübarizə aparacaqlarını bəyan edib.

Məsələ ondadır ki, FİFA-nın qaydalarına görə milliləşən futbolçu ya özü, ya valideynləri, ya da valideynlərinin valideynlərindən biri həmin ölkədə anadan olmalıdır. Bu tələbə uyğun gəlməyən legioner həmin ölkədə fasiləsiz 5 il yaşamalıdır ki, futbol vətəndaşlığını alsın. 2017-ci ildə Çinə yollanan Junior Moraes isə bunadək 4 il 8 ay Ukraynada yaşayıb.

Qeyd edək ki, UEFA məsələylə bağlı ən sərt qərarı verərsə, Moraesin oynadığı görüşlərin – həm Portuqaliya, həm Lüksemburqla matçlarda Ukraynaya texniki məğlubiyyət veriləcək.