XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 11:35

İranda daşqın nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb –200 nəfər yaralanıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 32, yaralıların sayı isə 200nəfərə çatıb.

Leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsini, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri basıb.

Çaylarda daşqın olub. Tehranda bəzi dəmiryolu səfərləri təxirə salınıb. Ölkə paytaxtı yaxınlığındakı Qan-Sulekanir avtomobil yolununda 7 metr uzunluğunda, 6 metr enində sürüşmə əmələ gəlib. Tehranın şimalında yerləşən məşhur turizm rayonları Dərbənd və Darakda restoranlar və texniki xidmət stansiyaları, martın 26-da isə İran paytaxtındakı “Nəhcül Bəlağə” parkı da bağlanıb.

Təbii fəlakət nəticəsində Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmiryolu xəttinə ciddi zərər dəyib.

Sinoptiklərin proqnozuna görə, martın 27-də də leysan yağışları davam edəcək.  (Report)