XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 12:31

Mərkəz direktoru:"Azərbaycanda yeni avadanlıqlar zəlzələlərin parametrlərini 5 dəqiqə ərzində müəyyən edir"

Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən son 100 ildə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqların sərgisi keçirilib.

Trend-in məlumatına görə, mərkəzin direktoru Qurban Yetirmişli deyib ki, sərgidə əvvəlki dövrlərdə istifadə edilmiş köhnə, eyni zamanda hazırda istifadə edilən müasir avadanlıqlar, ümumilikdə 100-ə yaxın müxtəlif istiqamətli seysmoloji avadanlıq nümayiş olunur. Köhnə avadanlıqların əksəriyyəti SSRI məkanında, müasir avadanlıqlar isə ABŞ-da istehsal edilib.

Q.Yetirmişlinin sözlərinə görə, əvvəllər baş vermiş zəlzələlərin parametrlərini təyin etmək üçün bir saat vaxt lazım olurdsa, hazırda ən müasir avadanlıqlardan istifadə edilir. Azərbaycanda həm mərkəzdə, həm də bölgələrdə yerləşdirilmiş avadanlıqlar baş vermiş yeraltı təkanların parametrlərini maksimum 5 dəqiqə ərzində müəyyən edir.

Qeyd edək ku, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. “Elm Günü” ilə əlaqədar keçirilən sərgi bu gün saat 5-dək davam edəcək. Sərgiyə giriş sərbəstdir.