“Bakının Nizami rayonu ərazisində yanan “Diqlas” Ticarət Mərkəzi ilə böyük qardaşım Məhərrəm Əliyevin hər hansı bir əlaqəsi yoxdur”.
Strateq.az xəbər verir ki, bu sözləri deputat Adil Əliyev deyib.
Onun sözlərinə görə, Məhərrəm Əliyevin ticarətlə bağlı obyektlərə birbaşa, yaxud dolayı bağlılığı yoxdur: “O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun Ticarət Mərkəzinin adı “Ramal”dı. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, – istər “Diqlas”, istərsə də “ Ramal”, – özlərinin sağlığına qismət olsun”.
Deputat daha sonra deyib ki, kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır.